Zelenski: Putinlə görüş ya Avropada, ya da Türkiyədə keçirilməlidir

Vladimir Putinlə görüş üçün ən optimal yer neytral Avropa ölkəsi ola bilər.

Lim10.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Biz bunu ədalətli hesab edirik və avropalılar bunu təkid etdilər ki, görüş neytral Avropada olmalıdır. Çünki Ukraynada və Avropa qitəsində müharibə gedir. Dedim ki, razıyıq. İsveçrə, Avstriya - razıyıq".

O əlavə edib ki, Ukrayna görüşün Türkiyədə keçirilməsinin əleyhinə deyil.

Ukrayna prezidenti Moskvada sammitin keçirilməsi ehtimalını qəti şəkildə rədd edib. 

Mürtəza