Dronlar Moskvaya yaxınlaşarkən vurulub

Vnukovo hava limanı müvəqqəti olaraq reysləri qəbul etməyib

TASS-ın məlumatına görə, iyulun 4-də səhər saatlarında Moskva vilayətində iki pilotsuz təyyarə elektron müharibə yolu ilə, digəri isə Kaluqa yaxınlığında hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Atılan PUA-lardan biri Moskva vilayətinin Kubinka yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb. Telegram kanalı 112 yazır ki, daha bir dron Moskva vilayətinin Krivoşeino kəndində qaraja düşüb.

Moskvanın Vnukovo hava limanı pilotsuz təyyarələrin hücumu ilə əlaqədar saat 08:00-dək təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər qoyub. Hava limanına enməli olan təyyarələr Şeremetyevo və Domodedovo istiqamətlərinə yönləndirilib.

Şəhərin meri Sergey Sobyanin Moskvaya pilotsuz təyyarənin hücumunu belə şərh edib: “Hazırda hava hücumundan müdafiə qüvvələri tərəfindən hücumlar dəf edilib, aşkar edilmiş bütün PUA-lar məhv edilib. Ölən və xəsarət alan yoxdur”.

Bundan əlavə, Sobyanin Vnukovo hava limanında uçuşların məhdudlaşdırılmasını ləğv etdiyini açıqladı.