Kuril adalarında 10 turist yoxa çıxdı

Kuril adalarında on turistdən ibarət qrup yoxa çıxıb.

Lim10.az xəbər verir ki, bu barədə Saxalin vilayətinin Kuril bələdiyyə dairəsinin başçısı Konstantin İstomin öz "Teleqram" kanalında məlumat verib.

Onun sözlərinə görə, onlarla Baranski vulkanı ərazisində olduqları zaman əlaqə kəsilib.

"Axtarışların aparılması üçün xilasedicilər, OMVD əməkdaşları və rayon administrasiyasının nümayəndəsi cəlb olunub", - deyə İstomin izah edib.(publika.az)