ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhəri yaxınlığında avtobus qəzaya uğrayıb.
Lim10.az xəbər verir ki, qəza nəticəsində Amerikanın gənclərdən ibarət futbol komandasının azı 21 futbolçusu xəsarət alıb.
Qəza zamanı avtobusda 25 futbolçu və onları müşayiət edən üç böyük olub.
Hadisənin səbəbləri araşdırılır.