Avropaya qanunsuz miqrasiyanın qarşısının alınması ortaq prioritetimizdir.
Lim10.az xəbər verir ki, bu fikri Almaniya kansleri Fridrix Merz Berlində səfərdə olan Belçikanın Baş naziri Bart De Vever ilə mətbuata bəyanatında bildirib.
Almaniyanın sığınacaq axtaranların sayının 40 faizdən çox azaldılmasına nail olduğunu qeyd edən kansler deyib:
“Bu, bizim üçün ümumi Avropa sığınacaq sistemi baxımından önəmlidir. Çünki burada da ortaq xarici sərhədlərin qorunmasına nail olmaq istəyirik”.