ABŞ İrana çağırış edib

ABŞ nüvə probleminin həlli üçün İranı ciddi diplomatik danışıqlara çağırır.

Lim10.az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində yazıb.

"E3 ölkələri - Fransa, Almaniya və Böyük Britaniya BMT-nin İrana qarşı sanksiyalarının yenidən tətbiqi prosesini başladıb. Sanksiyaların yenidən tətbiqi mexanizmi İranın nüvə öhdəliklərinə davam etməməsinə birbaşa cavabdır. ABŞ E3-ün qərarını dəstəkləyir və İranı nüvə probleminin həlli üçün ciddi diplomatik danışıqlara çağırır", - o bildirib.