“Artilleriyaçıların səmərəli işinin parlaq nümunəsi” - Anna Malyar

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Makeevkaya hücumu “artilleriyaçıların səmərəli işinin parlaq nümunəsi” adlandırıb.

Malyar zərbə nəticəsində silah anbarının məhv edildiyini iddia edir. ""BM-21 GRAD MLRS" üçün əhəmiyyətli miqdarda artilleriya mərmisi və raketlərin saxlandığı həqiqətən böyük bir anbar məhv edildi", - dedi rəsmi.

Ukrayna Silahlı Qüvvələri iyulun 4-ü axşam saatlarında ilhaq edilmiş DXR-in ərazisində yerləşən Makiivka yaşayıs məntəqəsini atəşə tutub. DXR səlahiyyətliləri bildiriblər ki, atəş nəticəsində 40 yaşayış binası, 12 məktəb, 13 uşaq bağçası və digər obyektlər zərər görüb. Onların son məlumatlarına görə, 68 nəfər yaralanıb, bir nəfər ölüb