Qürbətdə yaşayan soydaşımız – hüquqşünas Asman Hüseynova dəstək olaq!

Azərbaycanın mədəniyyətini, dilini və milli dəyərlərini qoruyaraq qürbətdə tanıdan, uzun illər Azərbaycan-Rusiya dostluğuna xidmət edən soydaşımız - hüquqşünas Hüseynov Asman İsbəndiyar oğlu bu gün ağır bir sınaq qarşısındadır.
Asman Hüseynov 1988-ci ildən etibarən Rusiyada yaşayır, illərlə həm hüquqşünas, həm də ictimai xadim kimi fəaliyyət göstərib. 2011–2025-ci illərdə Yaroslavl Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinə rəhbərlik edib, şəhərin tarixi hissəsində Azərbaycan-Rusiya Mədəniyyət Mərkəzini açaraq minlərlə soydaşımız üçün bir ocaq yaradıb. Bu mərkəzin yaradılmasında dövlət dəstəyi olmadan, öz şəxsi vəsaiti hesabına böyük fədakarlıqlar göstərib.
Lakin indi onun barəsində əsassız şəkildə cinayət işi açılıb. Bir çox saytlarda və sosial şəbəkələrdə Asman Hüseynova qarşı qarayaxma kampaniyası aparılır, onun adına yaraşmayan ittihamlarla Azərbaycan icmasının nüfuzuna da xələl gətirilməyə çalışılır. Halbuki, o, illərdir hüquqşünas peşəsində dürüst və vicdanla çalışıb, ailəsini və rəhbərlik etdiyi təşkilatı yalnız halal zəhməti ilə dolandırıb.
Asman Hüseynovun özünün dediyi kimi: "Mən cinayətkar deyiləm. Mənim həyat yolum və fəaliyyətim Azərbaycan xalqının, mədəniyyətinin və həqiqətlərinin təbliğinə həsr olunub. Təəssüf ki, əsassız ittihamlarla mənə "cinayətkar" damğası vurmaq istəyirlər."
Bu gün biz – Azərbaycan dövləti və ictimaiyyəti, diaspor fəalları, vətənsevər soydaşlarımız – birlikdə onun yanında olmalı, dəstəyimizi əsirgəməməliyik. Ədalətsizliyə susmaq ədalətsizliyi gücləndirir.
Gəlin, Asman Hüseynova dəstək olaq! Onun haqq səsinin eşidilməsi, şərlənmiş bir ziyalının həyatının zülmətə qərq edilməməsi üçün həm mətbuatda, həm də ictimai müstəvidə həmrəy olaq.
Ədalətə dəstək – Asman Hüseynova dəstəkdir!
Arayış
Hüseynov Asman İsbəndiyar oğlu 01.01.1970-ci ildə Azərbaycan Respublikasının İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. Orta təhsilini İsmayıllı rayonunu Kürdmaşı kəndində bitirib.
Daha sonra o, ali təhsil almaq məqsədiylə Rusiya Federasiyasına üz tutub. Taleh elə gətirib ki, 1988-ci ildən Asman Hüseynov Rusiyada məskunlaşıb. 1988-ci ildə Moskvada hərbi xidmətə çağırılıb, 3 il hərbi dəniz donanmasında xidmət edib. O, hərbi xidmət zamanı xüsusi təyinatlı qüvvələrin tərkibində bir çox dövlət əhəmiyətli xüsusi gizli əmaliyatlarda iştirak edib (xarici dövlət sularında). 2011-ci ildən 2025-ci ilin aprel ayının 15-nə qədər A.Hüseynov Yaraslavl Reqional İctimai Təşkilatı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri vəzifəsində calışıb. 2011-ci il, 24 dekabr tarixdə Yaraslavl şəhərində 700 kv.m sahəsi olan binada, şəhərin tarixi bir hissəsində - Aviatorov prospekti, ev 54-də Azərbaycan-Rusiya Mədəniyyət Mərkəzini rəhbəri olduğu təşkilatın fəalları ilə birlikdə açmağa nail olub. Həmin Mərkəz bu günə qədərdə də fəaliyyət göstərir. Həmin Mərkəzin nəzdində Heydər Əliyev adına muzey, kitabxana, iclas zalı, iş otaqları yerləşir. Ofisin acılışında o zamanki Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-Büloglu cənabları, Azərbaycan telekanallarının nümayəndələri, bir cox ictimaii xadimlər iştirak edib. Yuxarıda adı keçən Mərkəzin ərəsiyə gəlməsinə çəkilən xərclərin 10-15 faizi təşkilatın aktivləri tərəfindən, yerdə qalan hissəsni isə Asman Hüseynov bank kreditləri vasitəsiilə özü ödəyib. Həmən kredit xərclərini A.Hüseynov şəxsi büdcəsi hesabına 10 il ərzində banklara ödəyib (çəkilən xərclərin dəqiq məbləğını müəyən səbəblərdən acıqlamaq istəmədi).
Yaraslavl Reqional Azərbaycan Milli-Mədəni Muxtariyyəti Yaraslavl şəhərində, Rusiya Fedarasiyası Milli-Mədəni Muxtariyyətlər Haqqında qanunu cərcivəsində 1998-ci ildə yaranıb. Təşkilat Azərbaycan dilini, mədəniyətini, incəsənətini ümumən milli dəyərlərimizi saxlayıb, yaşadıb, gələcək nəsillərə ötürməklə Azərbaycan-Rusiya dostluguna xidmət edərək Azərbaycan həqiqətlərini Rusiya cəmiyyətinə catdırmaqla məşquldur.
A. Hüseynovun sözlərinə görə, hətta, Yaraslavlda yaşayan azərbaycanlıların bir çoxu elə hesab edirlər ki, Mərkəzin bütün xərclər Azərbaycan dövləti tərəfdən maliyyələşirilir: "Həqiqətdə isə mənim rəhbəri olduğum müddətdə nə Azərbaycan dövlətindən, nə da Rusiyadan bir qəpik də olsun maddi dəstək almamışıq. Təvəzökarlıqdan uzaq olsa da, qeyd edim ki, çəkilən bütün xərclərin - istər ofis, istərsə də persenal xərclərinin 15-20 faizini təşkilatımızın aktivləri, yerdə qalanını isə şəxsən öz ailə büdcəmdən kəsərək maliyələşdirmişəm".
Lakin mətbuatdan məlum oldu ki, Asman Hüseynov barəsində Rusiya Federasiyasında cinayət işi acılıb. A.Hüseynovun sözlərinə görə, Rusiyada yaşadığı gündən 9 aprel 2025-ci ilə qədər barəsində hec bir cinayət işi açılmayıb: "Mən cinayətkar əməllərdən uzaq bir adamam və özümü də cinayyətkar saymıram. Üstəgəl, mən ixtisasça hüquqşünasam. Sözün düzü, mən iş qabiliyətli bir hüquqşünas kimi calışmışam. Ailəmi də, rəhbəri oldugum təşkilatı da elə öz qazancımla maliyələşdirmişəm. Cox təssüf ki, 9 aperl 2025-ci ildən barəmdə cinayət işi acıldıqdan sonara bir cox saytlarda və bloqlarda təxribatçılar - Rusiya-Azərbaycan dostluğuna xələl gətirməyə calışan qüvvələr mənə “Yaraslavl azərbaycanlılarının mütəşəkil cinayətkarlarının başcısı” damğasını vurdular. Rusiyada belədir ki, qeyri-ruslar barədə “sarı” xəbər çox tez yayılır. Belə olan halda, bu şərtı adlı hüquqşünasa kim müraciyət edər? Ona görə də 9 apreldən işsizəm. Nə dövlətdən, nə də imkanlı soydaşlarımdan heç bir yardım almamışam".
Akif NƏSİRLİ20:14:37