Politico: Avropa liderləri Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərarı təxirə salır

Avropa İttifaqı liderləri Rusiyanın dondurulmuş aktivlərindən Ukrayna üçün reparasiya krediti ayrılması məsələsinin müzakirəsini təxirə salıblar.

Lim10.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, Brüsseldə keçirilən Aİ sammitində üzv ölkələrin liderləri bu məsələ üzrə ortaq mövqeyə gələ bilməyiblər.

Qeyd olunur ki, Rusiyaya məxsus dondurulmuş maliyyə vəsaitlərinin əsas hissəsinin saxlandığı Belçika hələ də bu aktivlərdən istifadəyə qarşı çıxır. Məhz bu mövqe danışıqların uzanmasına səbəb olur.

Nəşr yazır ki, fikir ayrılıqları fonunda Ukraynaya mümkün reparasiya krediti mexanizminin formalaşdırılması qeyri-müəyyən müddətə təxirə düşüb və yaxın vaxtlarda konkret qərarın verilməsi gözlənilmir.(Musavat.com)