Rus kəşfiyyatı Belçika siyasətçilərini ölümlə qorxudub?

Rusiya hərbi kəşfiyyatı (GRU) dondurulmuş Rusiya aktivləri ilə bağlı Belçikada siyasi xadimlərə və əsas maliyyə fiqurlarına qarşı təzyiq və hədələmə kampaniyası aparıb.

Lim10.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Avropa kəşfiyyat xidmətlərindəki adı açıqlanmayan mənbələrə söykənərək məlumat yayıb.

Təzyiqlərə xüsusilə depozitar Euroclear-in əsas rəhbər şəxsləri məruz qalıb. Bildirilir ki, hədələr depozitarın baş icraçı direktoru Valeri Urbainin və digər yüksəkvəzifəli menecerlərin ünvanına daxil olub. Bununla belə, təhdidlərin real təhlükə səviyyəsi ilə bağlı müzakirələr davam edir. Euroclear məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd olunur ki, bu kampaniya Rusiya hərbi kəşfiyyatı tərəfindən həyata keçirilib.

Xatırladaq ki, daha əvvəl Belçikanın baş naziri Bart de Vever Rusiyanın mümkün cavab tədbirləri və Belçika üçün “əbədi nəticələr” barədə danışmışdı. Onun sözlərinə görə, “Moskva açıq şəkildə başa salıb ki, aktivlərin müsadirəsi halında Belçika və şəxsən mən bu nəticələri əbədi hiss edəcəyik”.(musavat.com)