SCALP raketləri artıq Ukraynadadır

Reuters xəbər verir ki, Fransa prezidenti Makronun bu gün açıqladığı uzun mənzilli SCALP raketləri artıq Ukraynadadır.

Agentlik mənbələrinin məlumatına görə, söhbət 50-yə yaxın raketin ötürülməsindən gedir. Onların bəziləri isə artıq Ukraynadadır.

SCALP, təxminən 250 km mənzilli Britaniyanın uzaqmənzilli "Storm Shadow" raketinin Fransız variantıdır.