Bakı-Sumqayıt yolunda vəziyyət təhlükəli hala çatıb. Yolun üç fərqli hissəsində ard-arda dərin çökmələr müşahidə olunur.
Lim10.az APA TV-yə istinadla xəbər verir ki, sürücülərin sözlərinə görə, ərazidə heç bir xəbərdarlıq nişanı qoyulmayıb və bu, hər an faciəyə səbəb ola bilər.
Xatırladaq ki, iyun ayında "Baksol" yolunda kanalizasiya kollektorunun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlü həyatını itirib. Ekspertlər hesab edirlər ki, eyni məsuliyyətsizlik burada da təkrarlanır.
Əgər aidiyyəti qurumlar vaxtında tədbir görməsələr, bu qəzalar yaxın vaxtlarda ciddi faciə ilə nəticələnə bilər.
Ətraflı süjetdə: