Putin ad günündə ordudan hesabat istədi

Rusiya prezidenti Vladimir Putin ad gününü Sankt-Peterburqda keçirib. 

Lim10.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskovun məlumatına görə, Putin Sank-Peterburqda Petropavlivsk qalasındakı Petropavlovsk kafedralını ziyarət edib və qoşunların komandirləri ilə görüş keçirib, onlar cəbhədəki vəziyyət barədə məlumat veriblər. 

Peskov əlavə edib ki, Putini səfərdə müdafiə naziri Andrey Belousov, FSB-nin direktoru Aleksandr Bortnikov, Baş Qərargah rəisi Valeri Gerasimov, müxtəlif qoşun qruplarının komandirləri müşayiət ediblər.

O həmçinin bildirib ki, Putin onlarla birlikdə I Pyotrun məzarı üzərinə gül dəstələri qoyub və kilsənin rektoru ilə danışıb.

Sankt-Peterburqda keçirilən müşavirədə Baş Qərargah rəisi Gerasimov, eləcə də qoşun qruplarının komandirləri cəbhələrdəki əməliyyat vəziyyəti barədə Putinə ətraflı məruzə ediblər.

Mürtəza