ABŞ Senatı altıncı dəfə hökumətin maliyyələşdirmə qanunlarını qəbul edə bilməyib

Son həftələrdə altıncı dəfədir ki, ABŞ Senatı hər iki partiya tərəfindən qismən dayandırılmış federal hökumətin maliyyələşdirilməsinə yönəlmiş iki qanun layihəsini rədd edib.

Lim10.az xəbər verir ki, Respublikaçılar tərəfindən hazırlanan və daha əvvəl Nümayəndələr Palatasında təsdiqlənən qanun layihəsi Senatda lehinə 54, əleyhinə isə 45 səs toplayıb.

Demokratlar tərəfindən təqdim edilən qanun layihəsinin lehinə 47, əleyhinə isə 52 səs toplanıb. Konqresin yuxarı palatasında təsdiq üçün ən azı 60 səs lazımdır.(report)