Pakistan Əfqanıstanla sərhəddə nəzarət-buraxılış məntəqələrini ələ keçirdi

Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə terror qruplaşmalarına dəstək verdiyi bildirilən 19 nəzarət-buraxılış məntəqəsini nəzarətə götürüb.

Lim10.az xəbər verir ki, bu barədə “Geo” telekanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu addım Əfqanıstan ərazisindən Pakistan ərazisinə edilən hücumlara cavab olaraq həyata keçirilən hərbi əməliyyat çərçivəsində atılıb. Əməliyyat zamanı İŞİD və “Pakistan Talibanı”na bağlı silahlı qruplar zərərsizləşdirilib.

Hərbi əməliyyatlara artilleriya qurğuları, tanklar, qırıcı təyyarələr və pilotsuz uçuş aparatları (PUA) cəlb olunub. Pakistan tərəfi bildirib ki, əməliyyatlar yalnız yaraqlıların mövqelərinə qarşı yönəlib və mülki əhali hədəf alınmayıb.