AB-də Rusiyaya qarşı nifrət o qədər böyükdür ki... - Uşakov

Avropa Birliyində Rusiyaya qarşı yaranmış nifrət o qədər güclüdür ki, hətta ABŞ belə bu münasibətə təsir etməkdə çətinlik çəkir.

Lim10.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Amerikalılar Avropaya təsir edə bilirlər, amma orada elə bir səviyyədə - mən deyərdim ki, elə birlikdə formalaşmış nifrət var ki, buna hətta Amerika nüfuz edə bilmir. Avropa ilk dəfədir ki, Moskvaya qarşı “bir səslə”, həm də son dərəcə aqressiv və mənfi tonla çıxış edir. Bu isə qarşılıqlı dialoq imkanlarını bağlayır. Bu səs onların özləri üçün də ölkəmizlə münasibətlərdə hər hansı incəlikləri axtarmaq imkanlarını məhdudlaşdırır”, - Uşakov qeyd edib.(axar.az)