İsrail hökuməti: "Girovların azad edilməsi oktyabrın 13-ü başlayacaq"

"HƏMAS tərəfindən saxlanılan girovların Qəzza üzrə razılaşma çərçivəsində azad edilməsi oktyabrın 13-ü səhər tezdən başlayacaq".

Lim10.az TASS-a istinadən xəbər verir ki, bunu İsrail hökumətinin rəsmi nümayəndəsi Şoş Bedrosyan brifinq zamanı bildirib.

"Gözləyirik ki, sağ qalan 20 girov eyni vaxtda Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verilsin. Onlar altı və ya səkkiz avtomobillə çatdırılacaqlar" , - deyə o qeyd edib.

Nümayəndənin sözlərinə görə, fələstinli məhbuslar azad edilən girovlar İsrailə qayıtdıqdan sonra azad olunacaqlar.(oxu.az)