Ukrayna Prezidenti Volodimir Zelenski son iki gün ərzində ikinci dəfə amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.
Lim10.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “Telegram” kanalında bildirib.
“Elə indi ABŞ Prezidenti ilə danışdım. Söhbət çox məhsuldar keçdi. Dünənki telefon danışığında bu gün üçün mövzular müəyyənləşdirilmişdi. Bu gün razılaşdırdığımız mövzular üzrə müzakirələri davam etdirdik. Danışıqlarda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, dayanıqlığın artırılması və enerji məsələləri müzakirə olundu. Prezident Tramp Ukraynadakı vəziyyət barədə hərtərəfli məlumatlıdır”, - deyə Volodimir Zelenski bildirib.(apa)