"III Dünya müharibəsi olmayacaq".
Lim10.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Misirdə keçirilən Qəzza mövzusundakı zirvə toplantısında çıxışı zamanı bildirib.
"Onlar həmişə Yaxın Şərqdə III Dünya Müharibəsinin başlayacağını deyiblər, lakin bu baş verməyəcək. Biz bunun heç bir yerdə başlamasını istəmirik", - Amerika lideri bildirib.(report)