Oktyabrın 10-da atəşkəs rejiminin qüvvəyə minməsindən sonra Qəzza zolağının müxtəlif ərazilərində hərbi əməliyyatlar və atəş nəticəsində həlak olan 250-dən çox fələstinlinin cəsədi tapılıb.
Lim10.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat verib.
Bildirilir ki, minlərlə meyit hələ də dağıntılar altında qalır və onların axtarışı üçün zəruri texnika çatışmır və bu da tapıntıları çətinləşdirir.
Qeyd edək ki, oktyabrın 6-da İsrail və Fələstin HƏMAS hərəkatının nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında vəziyyətin nizamlanması üçün dolayı danışıqları bərpa ediblər. Oktyabrın 9-da münaqişə tərəfləri ABŞ prezidenti Donald Trampın əvvəllər təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar. Qəzzada atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.
Həmidə İbrahimova