Overçuk: Bakı-Moskva-Tehran Fars körfəzinə yeni logistik xətt qurur

Rusiya, Azərbaycan və İran Barens və Baltik dənizlərindən Fars körfəzinə qədər maneəsiz logistika ilə ümumi əmtəə bazarı yaratmaq səylərini gücləndirirlər. 

Lim10.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

"Bizi maneəsiz logistika və uyğunlaşdırılmış qaydalar və standartlara malik ümumi əmtəə bazarının yaradılmasına yönəlmiş çox maraqlı iş gözləyir. Rusiya ilə Azərbaycan, Rusiya və İran, İran və Azərbaycan arasında güclü və dinamik əlaqələr regionda nəqliyyat əlaqələrini inkişaf etdirmək, Barens və Baltik dənizlərindən Fars körfəzinədək problemsiz logistikanı təmin etmək üçün gücləndirilmiş, əlaqələndirilmiş səylər tələb edir", - Overçuk qeyd edib.

Mürtəza