Ruslar bir istiqamətə 100 min əsgər cəmləyib

Rus ordusu Liman-Kupyansk istiqamətində 100 mindən çox əsgər topladılar.

Bu barədə telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun rəhbəri, polkovnik Sergey Çerevatı bildirib.

"Düşmən Limano-Kpyanski istiqamətində çox güclü qruplaşma cəmləşdirib - 100 mindən çox şəxsi heyət, 900-dən çox tank, 555-dən çox artilleriya sistemi, 370 MLRS".

Müqayisə üçün qeyd edək ki, Əfqanıstanda sovet qoşunlarının sayının pik nöqtəsində 120 min nəfər şəxsi heyət var idi.