Aİ Rusiyanın taxıl sazişindən çıxmasını pislədi

Avropa Komissiyasının rəhbəri Rusiyanın taxıl sazişindən çıxmasını pisləyib və Aİ-nin dünya bazarlarına Ukrayna taxılını tədarükünü davam edəcəyinə söz verib.


Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın taxıl sazişindən çıxmasını pisləyib və Avropa İttifaqının Ukraynanın kənd təsərrüfatı məhsullarını dünya bazarlarına çatdırmağa davam edəcəyinə söz verib.

“Mən BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə son qoyan rüsvayçı addımını qətiyyətlə pisləyirəm”, - Avropa Komissiyasının rəhbəri yazıb.

O, həmçinin əlavə edib ki, Aİ bütün dünyada həssas əhali üçün ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə fəaliyyətini davam etdirəcək.

Onun sözlərinə görə, Ukraynanın kənd təsərrüfatı məhsulları dünya bazarlarına "həmrəylik xətləri" - Ukrayna ilə Avropa İttifaqı arasında quru və çay marşrutları şəbəkəsi ilə çıxmağa davam edəcək.

Rusiya iyulun 17-də taxıl sazişindən çıxdığını elan edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı onunla izah edib ki, saziş çərçivəsində Rusiya Federasiyasının tələblərinin yerinə yetirilməyib, o cümlədən Ukrayna vasitəsilə Avropaya rus ammiakının maneəsiz tədarükü, habelə Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT sisteminə qoşulması təmin edilməyib

Rusiyanın bu qərarı Qərbdə pisləndi. Xüsusilə, ABŞ dövlət katibi Entoni Blinken onu “həyasız” adlandıraraq, razılaşmanın mümkün qədər tez yenidən müzakirəyə çıxarılmasını tələb edib. Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, taxıl müqaviləsi Rusiyanın iştirakı olmadan da uzadıla bilər. Ukrayna müvafiq təkliflə Türkiyə və BMT-yə müraciət edib.

Ukraynanın Qara dəniz limanlarından taxıl ixracına dair saziş 2022-ci ilin iyulunda imzalanıb. O vaxtdan bəri bir neçə dəfə uzadılıb. Humanitar dəhlizin fəaliyyəti dövründə Ukrayna dünyanın 45 ölkəsinə 33 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edib.