Xalq artisti Şahnaz Haşımova əməliyyat olunub.
Lim10.az xəbər verir ki, bu barədə xalq artistinin nəvəsi Eldar Abdullayev APA-nın yerli bürosuna bildirib.
Onun sözlərinə görə, Şahnaz Haşımovanın bu gün baş tutan əməliyyatı uğurlu olub. Onun müalicəsi hazırda palata şəraitində davam etdirilir, vəziyyəti yaxşıdır.



















