Qaz iyi korrupsiya iyinə qatışîb!
Mirvari Qəhrəmanlı
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunu,
Maddə 11-2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi:
11-2.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
11-2.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
11-2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir.
11-2.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində məsuliyyət tədbirlərini tətbiq edən idarə, müəssisə və ya təşkilat onların qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin işçi attestasiyadan keçirildikdə, səlahiyyətli struktur bölmənin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
11-2.5. İdarə, müəssisə və ya təşkilatlar, səlahiyyətli struktur bölmə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar tərəfindən bu Qanunun 11-1-ci və 11-2-ci maddələrinin tələbləri pozulduqda, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
11-2.6. Bu Qanunun 11-2-ci maddəsində nəzərdə tutulmuş müdafiə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı bilə-bilə yalan məlumatvermə, həmçinin özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədi ilə məlumatvermə hallarında tətbiq olunmur.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari qəhrəmanlı bu xatırltmadan sonra Facebook hesabında aşsğıdakıları qeyd edir.
- Yazılanlar doğrudursa, bu halda qaz iyi, korrupsiya iyinə qarışmış olur!
Yazdılar ki, "Azəriqaz" İB, həm də SOCAR rəhbərliyinin diqqətinə çatdırım. Verilən məlumatlarda bəzi rəqəmlər də mövcuddur. Ümumi məlumatı yazıram, araşdırmaq (maraq dairəsinizdədirsə) isə sizlərdən!
- Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsi üzrə rəis müavini işləyən Ruslan Buniyatov qaz xəttlərinin yerinin dəyişdirilməsi üçün müəyyən "razılaşma" əsasında, heç bir sənədləşmə aparmadan xəttlərin yerini dəyişir. Əsas işi sahibkarladı. Belə ki, Göyçay - Bərgüşad yolunun üstündə, Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən "Emil Plaza"nın sahibi Nuriyev Aydınla "razılaşma" yolu sənədləşmə işi aparmadan, güya rayon ərazisində mövcud olan sızmaların aradan qaldırılması məqsədi ilə qaz verilişini dayandıraraq, daşıyıcı d159 mm-lik qaz xəttini d76 mm-lik boru ilə yol kənarına çıxarmışdır. D159 mm-lik qaz xətti rayonun Cəyirli kəndini təbii qazla təmin edir. Bunu bilən kənd camaatı payız-qış mövsümündə qaz verilişində ciddi problemlər yaranacağını nəzərə alıb, dövlət başçısına müraciət ediblər.
Qeyd:
- Ruslan Buniyatov 2011-2013 illər ərzində Qobustan Qaz İstismar İdarəsinin rəisi işləyib, Qobulənd İstirahət Mərkəzinə sənədsi qaz çəkilişinə görə işdən qovulub.
- Dediyinə görə, o, Ruslan Əliyevin komandasından deyil, adamı SOCAR da böyük vəzifədədir. Ona görə də Ruslan Buniyatova "Azəriqaz" İB rəhbərlərinin gücü çatan deyil.