Hazırda Qara dənizdə 10 yük gəmisi var

Dünən ən azı 10 xarici yük gəmisi Nikolaev və Odessa limanlarında idi. Onların gecə yarısına kimi oradan çıxmağa vaxtı var, əks halda Rusiya onları Ukrayna tərəfində hərbi münaqişəyə cəlb edilmiş hesab edə bilər.

 

Gəmilər Afrika və Asiya dövlətlərinin bayraqları altında üzür. Onlardan üçü Liberiyada, ikisi Honq-Konqda, ikisi Palauda qeydiyyatdadır. Daha üç gəmi Kaymanlar, Beliz və Panamada qeydiyyatdadır.

 

Xatırladaq ki, taxıl müqaviləsi başa çatdıqdan sonra Rusiya Müdafiə Nazirliyi iyulun 20-dən Qara dənizə daxil olan bütün gəmiləri potensial hərbi yük daşıyıcıları kimi nəzərdən keçirəcəyini açıqlamışdı. Xarici dövlətlərin gəmiləri isə münaqişə tərəfi sayılacaq. Lakin Ukraynada qeydiyyatda olan gəmilərə nə olacağı məlum deyil.

Qeyd edək ki, bu gün səhər saatlarına qədər həmin gəmilər limanları tərk edib, onlar hazırda Qara dəniz sularındadır. Amma bu gəmilərdən hansınınsa Rusiya sillahlı qüvvələri tərəfindən atəşə tutulması barədə məlumat yoxdur.