Rusiyada dəhşətli hadisə: Müəllim tələbələri qanlı ritual keçirməyə dəvət etdi

Rusiyanın Maqadan vilayətində müəllim qanlı ritual keçirməyə cəhd etdiyi üçün altı il müddətinə həbs edilib.

Lim10.az xəbər verir ki, ilkin məlumata görə, söhbət Rusiyanın yerli politexnik texnikumunun müəllimi Sergey Karmazovdan gedir. Okkultizmə (elmin və dinin çərçivəsindən kənar olan fövqəltəbii inanc və təcrübələr toplusu) marağı olan Karmazov qanlı ayin keçirməyə qərar verərək bir öküz alıb və tədbirə qiymət almaq istəyən tələbələrini də dəvət edib. Lakin ayin polisin müdaxiləsi ilə yarımçıq qalıb.

Axtarış zamanı məlum olub ki, müəllim narkotik ticarəti ilə də məşğul imiş. Onun evində 35 ədəd çətənə kolları aşkarlanıb və dörd kiloqram narkotik vasitənin satış faktı təsdiqlənib.

Leyla

Lim10.az