ABŞ və digər ölkələr Krım və Donbası Rusiya əraziləri kimi tanıyacaq, lakin Ukraynadan bunu etməsi tələb olunmayacaq
Lim10.az xəbər verir ki, "Axios" portalı yazır ki, ABŞ-ın Ukrayna üzrə təqdim etdiyi yeni tənzimləmə planında bu barədə qeyd olunub.
Bildirilir ki, bu plan Donbasda Ukraynanın güzəştə gedəcəyi ərazilərin demilitarizasiya olunmuş zona kimi qəbul edilməsini nəzərdə tutur.
“Həmin ərazilər Rusiyanın nəzarətində olsa da, Ukraynanın güzəştə gedəcəyi Donbas bölgələri demilitarizasiya zonası sayılacaq və Rusiya orada hərbi qüvvə yerləşdirə bilməyəcək”, - portal vurğulayır.
Bundan əlavə, "Financial Times" mənbələrə istinadən yazır ki, ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü plan ölkədə rus dilinin dövlət dili kimi tanınmasını nəzərdə tutur.
Sənəd həmçinin Rus Pravoslav Kilsəsinin yerli nümayəndəliyinə rəsmi status verilməsini nəzərdə tutur.
Nəşrin məlumatına görə, ABŞ-ın planında Kiyevə hərbi yardımın azaldılması da var.
“Ən önəmlisi odur ki, plan Ukraynanın əsas silah növlərindən imtina etməsini və ABŞ-ın hərbi yardımının azaldılmasını nəzərdə tutur”, - məlumatda deyilir.



















