QƏHRƏMAN TƏRTƏRDƏ BİR GÜN

19.11.2025-ci il tarixində Tərtər rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızının təşkilatçılığı ilə görüş keçirildi.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzrə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov iştirak edən qonaqlara Tərtər Rayon İcra başçısı Müstəqim Məmmədovun salamlarını çatdırdı və igid şəhidlərin xatirəsi ehtiramla yad edildi.
Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova gələn qonaqlara sonsuz təşəkkürünü bildirərək onları Zəfər bayramı münasibətilə təbrik etdi. Tərtər Olimpiya Mərkəzinin "Savat" idman növü üzrə baş məşqçisi və "Əlbəyaxa döyüş" üzrə Aran bölgəsinin rəhbəri Ruhi Hüseynov qəhrəman oğullarla qürur duyduğunu vurğuladı.
Şəhidlər İlqar Əhmədovun və Ramil Rəhimovun anası, vətənpərvər Leyla Əhmədova göstərilən diqqət və qayğıya görə İcra başçısına, rayon ictimaiyyətinin nümayəndələrinə, Heydər Əliyev Mərkəzinin direktoruna və bütün kollektivə təşəkkürünü bildirdi.
Görüşün sonunda Raziyə Kamilqızının kitabları və İlqar Əhmədovun çəkdiyi rəsmlər Mərkəzə təqdim olundu. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.


















