Ən yaxşı 10 universitetdə təhsil haqqı nə qədərdir? - CƏDVƏL

ABŞ-ın ən nüfuzlu universitetlərində təhsil almaq getdikcə daha baha başa gəlir. 2024-2025-ci tədris ili üçün ölkənin ilk 10 universitetində illik ümumi təhsil xərcləri 77 500 dollardan 98 300 dollara qədər dəyişir.

Lim10.az Valyuta.az-a istinadən xəbər verir ki, təkcə təhsil haqqı bu universitetlərdə 59 min dollardan 71 min dollara qədərdir. Müqayisə üçün, özəl kolleclərdə bu göstərici orta hesabla 43 min dollardır.

Siyahının başında 71 300 dollarla “Çikaqo Universiteti” yer alır. “Dyuk”, “Yel” və “Stenford” kimi nüfuzlu universitetlər də 70 min dollara yaxın təhsil haqqı ilə seçilir. Dünyanın ən böyük təhsil fondlarından birinə sahib olan “Harvard Universiteti”ndə isə bu göstərici 59 300 dollardır.

ABŞ-ın ən yaxşı 10 universitetində təhsil haqqı orta hesabla 59 000-71 000 dollar arasında dəyişir. Bu isə özəl qeyri-kommersiya dördillik kolleclərin 43 400 dollarlıq orta göstəricisindən təxminən 50% çoxdur. Dövlət universitetlərində isə təhsil haqqı orta hesabla 29 200 dollardır. Ştat daxilində oxuyan tələbələr bu məbləğin daha azını - yalnız 11 600 dollar ödəyirlər.