ABŞ Səudiyyə Ərəbistanına 1 milyard dollarlıq dəstəyi təsdiqlədi

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələrinin modernləşdirilməsini nəzərdə tutan, ümumi dəyəri 1 milyard dollara yaxın olan iki böyük FMS (Foreign Military Sales) razılaşmasını təsdiqləyib.

Lim10.az xəbər verir ki, sövdələşmələrdən biri Krallığın mövcud helikopter parkına logistika, texniki xidmət və ehtiyat hissələrinin təminatını, digəri isə pilot və texniki heyət üçün uzunmüddətli təlim proqramlarının həyata keçirilməsini əhatə edir.

Rəsmi açıqlamaya görə, dəstək paketi Səudiyyə ordusunun əsas helikopter modellərini – AH-64 Apache zərbə helikopterlərinin, CH-47F Chinook ağır nəqliyyat helikopterlərinin və UH-60 Black Hawk çoxməqsədli helikopterlərinin istismar imkanlarının genişləndirilməsinə yönəlib. Saziş çərçivəsində təlim helikopterləri, infrastruktur və mütəxəssis hazırlığı da təmin ediləcək.(musavat.com)