İran Prezidenti Məsud Pezekianın daun sindromlu uşaqla davranışı qısa zamanda sosial şəbəkələrdə viral olub.
Lim10.az İran mətbuatına istinadla xəbər verir ki, Pezekian ölkəsində Beynəlxalq Əlillər Gününün qeyd edilməsi mərasimində iştirak edib.
O, səhnədə çıxış edərkən 5-6 yaşlarında daun sindomlu qız kürsüyə çıxaraq prezidentə məktub uzadıb.
M.Pezeşkian uşaqdan məktubu götürərək, azyaşlını qucaqlayıb və onun başına sığal çəkib.
Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən xoş qarşılanıb.
Billurə Yunus



















