MDU dünyanın 19 ölkəsinin alimlərini univetsitetə topladı

Mingəçevir Dövlət Universiteti Regiomda daha bir ilkə imza ataraq, dünyanın 19 ölkəsinin alimlərini univetsitetə topladı və yeni strateji hədəflər müəyyən edildi.


2025-ci ilin 7 dekabr tarixində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi ilə keçirilən III Beynəlxalq Konfransın proqramı çərçivəsində 8 bölmə iclası təşkil olunub.
Hibrit formatda keçirilən bölmə iclaslarında Azərbaycanın 24 ali təhsil və elmi-tədqiqat müəssisələri ilə yanaşı, 19 ölkəni təmsil edən alim və tədqiqatçılar tərəfindən energetika, süni intellekt, iqtisadiyyat, yaşıl inkişaf, kibertəhlükəsizlik, innovasiya, təhsil və sosial elmlər üzrə 600-dən çox elmi araşdırma təqdim edilib. Müzakirələrdə qlobal dəyişikliklərin yaratdığı çağırışlar, “Azərbaycan 2030” milli prioritetləri, postmüharibə dövrünün inkişaf modeli, rəqəmsal transformasiya, yaşıl enerji keçidi və davamlı iqtisadiyyatın qurulması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclaslar enerji səmərəliliyi və iqtisadi transformasiya, iqlim dəyişiklikləri və süni intellektin tətbiqi, innovasiya ekosisteminin inkişafı, kənd təsərrüfatında dayanıqlı idarəetmə, sosial rifah və insan kapitalının gücləndirilməsi, eləcə də müasir təhsil strategiyalarına həsr olunmuş müxtəlif elmi istiqamətləri əhatə edib.
Bölmə rəhbərləri təqdim olunan elmi məruzələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, konfransın beynəlxalq elmi inteqrasiyanın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynadığını bildiriblər.
Qeyd edək ki, konfransın bağlanış mərasiminin 8 dekabr tarixində AzTU-da keçirilməsi planlaşdırılır. Bağlanış iclasında konfrans ərzində əldə olunan nəticələrin və gələcək əməkdaşlıq perspektivlərinin vurğulanması və yekun qərarın qəbulu nəzərdə tutulur.