"Ursula Avropaya digər siyasətçilərdən daha çox ziyan vurub" - Siyarto

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropaya digər siyasətçilərdən daha çox ziyan vurub.

Lim10.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "Russia Today"yə müsahibədə bildirib.

Siyarto Aİ rəhbərliyinin işini sərt tənqid edib.

"Xanım fon der Lyatenə gəldikdə isə, düşünürəm ki, o, Avropaya hər kəsdən daha çox ziyan vurub", Siyarto deyib.

Diplomat qeyd edib ki, fon der Lyayenin rəhbərliyi altında Avropa təhlükəli bir bölgəyə çevrilib. O, iddia edib ki, Brüsseldəki korrupsiya qalmaqalları Aİ-nin Kiyevdəki oxşar problemlərə niyə göz yumduğunu ortaya çıxarır.

Nazir son zamanlar bir neçə yüksək vəzifəli Avropa məmuruna qarşı korrupsiya və çirkli pulların yuyulması ilə bağlı ittihamları xatırladıb. O bildirib ki, fon der Lyayen diqqəti Avropa təhlükəsizliyi, sülh və regionun qlobal rolu ilə bağlı əsas məsələlərdən yayındırıb.

Elvin

Lim10.az