"Udulmuş saqqızın bədəndə 7 il qalması barədə deyilənlər mifdən başqa bir şey deyil".
Lim10.az xəbər verir ki, bunu həkim-qastroenteroloq Anastasya Gostrous deyib.
Uşaqlıqdan eşitdiyimiz "Saqqız mədədə yeddi il qalır" sözü mifdir. Saqqızın əsas maddəsi həzm olunmayan elastik materialdır. Amma bu o demək deyil ki, o bədəndə qalır.
Mədə və bağırsaqlar peristaltik hərəkətlərlə qidaları irəli itələyir. Həzm olunmayan maddələr, məsələn tərəvəz lifləri kimi, 1-3 gün ərzində bədəndən çıxır. Eyni vəziyyət saqqız üçün də keçərlidir.
Buna baxmayaraq həkim saqqız udan şəxslərə xəbərdarlıq edərək bildirib ki, Tez-tez və çox saqqız udulduqda, onlar liflər və digər qidalarla birləşərək bağırsaqda tıxanıqlıq yarada bilər.
"Uşaqlar əsas risk qrupudur. Onlar saqqızı daha çox çeynəyir və prosesi tam anlamırlar. Valideynlər diqqətli olmalı və uşaqlara "saqqız çeynəyirik, udmuruq" qaydasını izah etməlidir. Alternativ olaraq həll olan şirniyyatlar seçilə bilər", - həkim söyləyib.(Milli.Az)



















