Dövlət Agentliyi İsrail və Krallıq şirkəti ilə 700 minlik müqavilə bağlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iki ölkənin şirkəti ilə müqavilə bağlayıb.

Lim10.az -ın məlumatına görə, qurumla İsrailin “Cortex Engineering Ltd.” şirkəti arasında tam bədən 150 min ABŞ dolları (255 min manat) məbləğində 1 illik müqavilə bağlanıb. Həmin şirkətdən qoruyucu zirehli geyim dəstləri alınacaq.

Bundan başqa ANAMA ilə Norveç Krallığının “Rofi a.s.” şirkəti arasında 265 min 306 avro (təxminən 529 min manat) məbləğində təxminən 2 illik müqavilə bağlanıb. Həmin şirkətdən də fərdi zirehli qoruyucu geyim dəstləri alınacaq.