Almaniya Ukraynaya yeni hərbi yardım paketini təhvil verib

 
Almaniya hökuməti Ukraynaya bir sıra silah-sursatın daxil olduğu yeni hərbi yardım paketini təhvil verib.
 
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
 
Məlumata əsasən, yeni paketə Gepard tipli zenit sistemləri üçün 10 000-dən çox mərmi, həmçinin Beaver zirehli transportyorları daxildir. Bundan əlavə, Almaniya Ukraynaya dörd sərhəd mühafizə maşını, 20 min gözlük, 32 “Zetros” yük maşını və dörd yarımqoşqu verib.
 
Qeyd olunub ki, yeni paketə həmçinin səkkiz milyondan çox patron və 27 min ədəd 40 millimetrlik sursat daxildir.