Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanı öz əməllərinə görə məsuliyyət daşımağa, günahkarlar axtarmamağa çağırıb.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O çıxışında Paşiniyanı müəyyən sahənin insanları ilə də müqaisə edib: "Öz əməllərinə görə məsuliyyət daşımağı bacarmaq, günahkar axtarmamaq lazımdır. Günahı başqasının üzərinə atmamaq, məsuliyyəti öz üzərinə götürməyi bacarmaq lazımdır. Siyasətçi, dövlət xadimi ilə ölkənin mənafeyini düşünməyən, yoldan keçən adamın fərqi budur. Əks halda bu, bir az pis rəqqas haqqında hekayəyə bənzəyir”, - deyə M.Zaxarova bildirib.
Məlumat üçün bildirək ki, Ermənistanın baş naziri Nikola Paşinyanın "La Repubblica" qəzetinə müsahibəsində deyib ki, Ermənistanın təhlükəsizlik arxitekturası Rusiya ilə bağlı idi - təhlükəsizlik sahəsində yalnız bir ölkəyə tam etibar etmək strateji səhvdir.