ABŞ Ukraynaya 1 milyard dollardan çox hərbi yardım ayırıb

Amerika Birləşmiş Ştatları Ukraynaya 1 milyard dollardan çox hərbi yardım ayırıb.

Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba ilə birgə mətbuat konfransında bildirib. O qeyd edib ki, yardım paketinə təkcə hərbi deyil, mülki yardımlar da daxildir: "Bu gün biz ümumi məbləği 1 milyard dollardan çox olan yeni yardımı elan edirik, buraya 665,5 milyon dollarlıq hərbi və mülki yardım da daxildir", - deyə Blinken vurğulayıb.