Ukrayna tərəfi Rusiyanın itkilərinin sayını açıqladı...

Son sutka ərzində Ukrayna ordusu Rusiyanın 990 əsgərini zərərsizləşdirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Ötən gecə Ukrayna Hərbi Hava Qüvvələri rusların 28 pilotsuz uçuş aparatını vurub. Ukraynaya qarşı başladılan genişmiqyaslı işğaldan sonra Rusiya 284 800-dən çox canlı qüvvə itirib. Baş Qərargahın məlumatına görə, Rusiyanın digər döyüş itkiləri arasında 4900-dən çox tank, 6700 artilleriya sistemi və digər silahlar da var.