Almaniya Çinə mövqe nümayiş etdirdi
Almaniya Hind-Sakit Okeanda hərbi mövcudluğunu genişləndirəcəyini deyir
Almaniyanın müdafiə rəisi Reuters agentliyinə bildirib ki, Çinin silahlı qüvvələrinin "böyük" artmasına diqqət yetirən Almaniya daha çox döyüş gəmisi göndərməklə və müttəfiqləri ilə təlimlərə qoşulmaqla Hind-Sakit Okeandakı hərbi mövcudluğunu genişləndirəcək.
Pekinin ərazi ambisiyaları ilə bağlı artan həyəcan fonunda Almaniya regionda daha çox güc nümayiş etdirmək üçün digər Qərb dövlətlərinə qoşulur.
Keçən il Berlin, demək olar ki, 20 ildə ilk döyüş gəmisini Cənubi Çin dənizinin mübahisəli sularına göndərdi - ən böyük ticarət tərəfdaşını qıcıqlandırmaq riski ilə - və bu ay Avstraliyada birgə təlimlərə 13 hərbi təyyarə göndərdi.