Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Qəzzanın “uşaqlar qəbiristanlığına” çevrildiyini bəyan edərək, İsrail- Həmas münaqişəsini atəşkəsə çağırıb. Baş katib fəlakətin hər keçən saat daha da artığını bildirib. Quterreş deyib: “Fəlakət hər keçən saat humanitar atəşkəsə ehtiyacı daha da aktuallaşdırır. Qəzza zolağına humanitar yardımın çatdırılmasını artırmaq lazımdır. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət fundamental məsuliyyətlə üz-üzədir: bu qeyri-insani kollektiv əzabları dayandırmaq və Qəzzaya humanitar yardımın çatdırılmasını kəskin şəkildə genişləndirmək vacibdir. Qəzzada baş verən kabus humanitar böhrandan daha artıqdır. Bu, bəşəriyyətin böhranıdır”, - deyə BMT-nin baş katibi bildirib.