Müslüm Maqomayevin məzarı ziyarət olunub

Dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda məzarı ziyarət olunub.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, iş adamı Emin Ağalarov, Xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət və ictimaiyyət nümayəndələri, media əməkdaşları iştirak ediblər.

8fcf2a69-41f3-3f6b-879a-eee1743d3afc

Nazir çıxışı zamanı Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açıb: "Müslüm Maqomayev tək Azərbaycan üçün deyil, bütün dünya üçün töhfələr vermiş şəxsiyyətlərdəndir. O, peşəkar müğənni olmaqla yanaşı, həm də gözəl insan idi. Bu gün biz onun xatirəsini hörmətlə yad edirik. O, hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaqdır".

Çıxış edən Tamara Sinyavskaya Müslüm Maqomayevin daima xatirələrdə yaşayacağını bildirib.