HƏMAS girovlarla bağlı açıqlama yayıb

HƏMAS tərəfindən əsir götürülən girovların azad edilməsi ilə bağlı müqavilənin şərtləri hələ işlənib hazırlanmayıb. Bunu HƏMAS hərəkatının siyasi bürosunun üzvü Usamə Həmdan bildirib. Bəyanatda qeyd edilib ki, girovların və xarici pasportu olanların azad edilməsi üçün danışıqlar aparılır. Lakin müvafiq yekun düstur hazırlanmayıb. HƏMAS-ın siyasi bürosunun üzvü onu da bildirib ki, Qəzza zolağına humanitar yardımın sərbəst buraxılması İsrailə hücum zamanı fələstinli qruplar tərəfindən əsir götürülən girovların azad edilməsinin şərtlərindən biridir: “Məhbusların azad edilməsi humanitar məsələdir. Lakin bu, hər iki tərəfdən olmalıdır. Yəni humanitar yardım Qəzza zolağına sərbəst şəkildə daxil olmalıdır”, - deyə qeyd olunub.

İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumata əsasən, İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının 20-dən çox silahlısını saxlayıb və onlar dindirilmək üçün İsrail ərazisinə göndərilib.