Maqanov pəncərədən yıxılıb?
Rusiyanın yüksək səviyyəli neft məmuru xəstəxananın pəncərəsindən yıxılaraq ölüb. Mənbələr bildirir ki, Rusiyanın ikinci ən böyük neft istehsalçısı olan "Lukoyl"un (LKOH.MM) sədri Ravil Maqanov cümə axşamı Moskvada xəstəxananın pəncərəsindən yıxılaraq dünyasını dəyişib. Bəzi Rusiya və Avropa KİV-ləri bunu səbəbi bilinməyən qəfil ölümlər kateqoriyasına aid edir.
Mənbələr bir sıra Rusiya KİV-lərinin 67 yaşlı məmurun yıxılaraq ölümünə dair xəbərlərini təsdiqləsələr də, onun yıxılması ilə bağlı təfsilatlar bəlli deyil.
Rusiyanın TASS dövlət xəbər agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən ölümün intihar olduğunu bildirib. Mənbəyə istinadən bildirilir ki, Maqanov infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilib və həmçinin o, anti-depressant qəbul edirmiş.