Aİ Rusiya ilə sərhədi qorumaq üçün Finlandiyaya sərhədçi göndərib

Avropa İttifaqı Rusiya ilə sərhədi qorumaq üçün Finlandiyaya çox sayda sərhədçi göndərib

Avropa İttifaqı Rusiya ilə sərhədi qorumaq üçün Finlandiyaya 100-dək sərhədçi göndərib. Bu barədə ölkə mətbuatı məlumat yayıb. Bildirilib ki, Finlandiya hakimiyyəti miqrant axını ilə əlaqədar bütün sərhəd keçidlərini müvəqqəti bağlamaq qərarına gəldikdən sonra Avropanın sərhəd və sahil mühafizəsi agentliyinin 100-dək zabiti Finlandiya-Rusiya sərhədinə nəzarət etmək üçün göndərilib. Xatırladaq ki, noyabrın 30-dan Finlandiya ən azı iki həftə ərzində Rusiya ilə sərhədi tamamilə bağlayıb. Hərəkətə yalnız yük qatarları üçün icazə verilir. Rusiyadan sərhəd-keçid məntəqələrinə gələn üçüncü ölkə vətəndaşlarının sayı xeyli artdıqdan sonra ölkə bu addımı atıb.