Yeni fəsil

 

Təbiət gözləyir ilin sonunu,
Dəyişir göz oxşar yaşıl donunu,
Payızın boynuna salır qolunu,
Əlvida söyləyir ötən günlərə!

Ayrılmaq çətindi çiçəkli yazdan, 
Bülbül nəğməsindən bu xoş avazdan, 
Ruhum da doymayır kamandan, sazdan,
Təəssüf ömrümdən itən günlərə. 

Nisgili ömrümdən bir kənara at,
Sevgidən rəngini dəyişər həyat,
Yaşamaq gözəldir, gozeldir heyat,
Sevinək, cücərib bitən günlərə. 

Yeni il qədəmin mübarək olsun,
Bir badə məhəbbət qəlbimə dolsun.
Nifrətim tükənsin, nisgilim solsun.
Vurğunam dərdimə yetən günlərə. 

Nailə Nübar.

31.12.2023✍️