Avstraliyada minlərlə insan küçələrdə etiraz aksiyası keçirir - FOTO
Avstraliyada minlərlə insan keçələrə çıxaraq etiraz aksiyası keçirir.
Məlumata görə, etirazçılar ölkədə bu gün - yanvarın 26-da keçirilən Avstraliya Gününün qeyd olunmasının ləğvini tələb edərək küçələrə axışıblar.
Bu tarix Britaniya donanmasının 1788-ci ildə Sidney buxtasına gəlişi ilə əlaqəlidir.
Qeyd edək ki, ölkədə əsasən müstəmləkəçilik zamanı yerli əhalinin hüquqlarının pozulması səbəbindən bu hadisənin milli bayram üçün seçilməsi ilə razılaşmayanlar çoxdur.
Mənbə: RİA novosti