Almaniyada silahlı şəxs kafedə dörd nəfəri girov saxlayıb

Almaniyada silahlı şəxs Ulm şəhərində kafedə dörd nəfəri girov saxlayıb.

Məlumata görə, şəhər polisi əməliyyata başlayıb, ərazi mühasirəyə alınıb. Girov saxlanılan şəxslər azad edilib.

Təcavüzkar girovlardan canlı sipər kimi istifadə edərək qaçmağa çalışarkən tutulub.

Qeyd olunur ki, girovlar azad edilib, zərər çəkən yoxdur.