Gəncədə ev yanıb - FOTO

Gəncə şəhərində fərdi evdə yanğın baş verib.

“Report”un məlumatına görə, Əli Nəzmi küçəsi, 166 ünvanında M.Hacızadəyə məxsus evdə baş vermiş yanğın nəticəsində dördotaqlı evin 2 otağı (40 kvadratmetr), həmçinin evin dam örtüyünün 45 kvadratmetr sahəsi yanıb.

Hadisənin səbəbləri araşdırılır.